Axtarış...

Zi̇rəddi̇n Rzayevə Rusi̇yada yüksək vəzi̇fə təkli̇f olundu

Zi̇rəddi̇n Rzayevə Rusi̇yada yüksək vəzi̇fə təkli̇f olundu

Moskva şəhər Dumasının deputatı, ictimai birliklər və dini təşkilatların işi üzrə komissiyanın sədri Anton Paleyev Rusiyada Maqlar Assosiasiyası təsis etmək barədə təklif irəli sürüb.

Millitv.az oxu.az-a istinadən xəbər verir ki, Anton Paleyev peşəkar ekstrasenslərlə şarlatanları ayırd etmək üçün belə bir qurum yaratmağın vacib olduğunu söyləyib

Bu təklif səsləndirildikdən sonra sosial şəbəkə istifadəçiləri azərbaycanlı ekstrasens Zirəddin Rzayevin bu quruma rəhbərlik etməsini təklif ediblər. Məşhur ekstrasens bildirib ki, Maqlar Assosiasiyası yaradılsa belə, o, rəhbər olmaq fikrində deyil.

Zirəddin Rzayev Rusiya mətbuatına verdiyi müsahibədə deputat Paleyevin təklifinin yaxın gələcəkdə reallaşa biləcəyini də qeyd edib.

Zirəddin Rzayev "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır .


Daha çox xəbər

Şərh yaz