Qəbələdə ova gedən şəxs faciəli şəkildə ölüb.
Open.az-ın məlumatına görə, hadisə rayonun Bum kəndinin yaxınlığındakı yüksək dağlı ərazidə qeydə alınıb.
Bum kənd sakinləri Sadiq Mehralıyev həmkəndliləri Niham Kərimov, Elşad Şirinov və Taleh Yusifovla birlikdə ov məqsədilə dağa qalxıblar.
Onlar ovdan qayıdan zaman Sadiq Mehralıyev Həmzəli çayına tökülən şəlalədən baxan zaman ayağı sürüşərək yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırmalara başlanıb.