Bakıda usta faciəli şəkildə ölüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən zavodda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı aparatın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.