Axtarış...

Nazirlik: İran gəmisində ölən şəxslərin meyitləri təhvil verilib, zəhərlənənlər xəstəxanadan buraxılıb

Nazirlik: İran gəmisində ölən şəxslərin meyitləri təhvil verilib, zəhərlənənlər xəstəxanadan buraxılıb

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıb.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz