Axtarış...

Qobustan sakinlərinin 4 milyonluq torpağı NECƏ ƏLƏ KEÇİRİLDİ? - İTTİHAM

Qobustan sakinlərinin 4 milyonluq torpağı NECƏ ƏLƏ KEÇİRİLDİ? - İTTİHAM

Qobustan rayonu, Qaracüzlü kənd sakinləri - Hüseynov İbrahim Məhəmmədəli oğlu, Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu, Abdullayev Soltan Abdulla oğlu Xalıqov Təbriz Babazadə oğlu, Yusifov Əzim oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Dövlət Arxiv İdarəsinin Qobustan rayon filialının müdiri Teymur Ağayev və Qurbançı bələdiyyəsinin keçmiş sədri Musayev Əlikram Ələkbər oğlunun qanunsuz əməllərindən şikayət edən sakinlər yazırlar:

“Biz, Qobustan rayon Qaraçüzlü kənd sakinlərinə yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən yaşadığımız kənd ərazisində fəaliyyət göstərmiş “Babək” adına kolxozun əvvəllər balansında olmuş və Aqrar İslahatla paralel olaraq, hər bir kənd sakininə düşən mülk pay bölgüsü zamanı keçmiş bələdiyyə sədri olmuş Ə.Musayev bütün əsas pay mülklərini yalnız özünə və yaxın qohumlarının adına saxtakarlıqla sənədləşdirməklə mənimsəmişdir. Belə ki, 4 ədəd iri həcmli qoyun fermasının hamısını öz əlinə keçirmiş və bu əmlakların üçünü kənar şəxslərə satmış, qalan birini isə bu günədək yenə hansısa kənar şəxsə ili 6000 manata icarəyə verərək, qanunsuz varlanmaqla məşğuldur. Halbuki bizim əldə etdiyimiz yarımçıq arxiv arayışına görə bir daha sübut edirik ki, bu əmlakın bir hissəsi olan ferma binası biz 16 ailənin mülkiyyətindədir. Buna baxmayaraq əmlakımızın bizə geri qaytarılması barədə istər yerli, istərsə də yuxarı orqanlara etdiyimiz şikayətlərə hələlik reaksiya verən olmayıb. Dəfələrlə Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab A.Məmmədovun qəbulunda olmuşuq. Sağ olsun, tapşırıqlar verib, amma hələ də nəticəsi yoxdur. Biz də bir insan kimi pay verilmiş əmlakımızdan istifadə etməklə güzəran edib, ailəmizi dolandırmaq istəyirik. Lakin bu saxta diplom sahibi olan Ə.Musayev millətin başına oyun açmaqla məşğuldur.

Bizim Dövlət Arxivinin Qobustan şöbəsi tərəfindən cəmi iki ailənin müraciəti əsasında verdiyi yarımçıq arxiv arayışından (bu arayışda qəsdən tikintiyə aid əmlak əmsalı göstərilməmişdir) sonra digər biz kənd sakinləri də əmlak payı barədə arxiv arayışını müdir Teymur Ağayaev vermir. Bizi süründürməçiliyə salır. Baxmayaraq ki, əvvəl iki ailəyə verdiyi arayış da saxta və etibarsız olmuşdur.

Arxiv müdiri sabiq bələdiyyə sədrilə gizli sövdələşərək bu sənədləri bizə vermək istəmir. Gah telefonu söndürür, gah cavab vermir, gah idarəyə gedəndə yerində tapa bilmirik və s. Qısası sabiq bələdiyyə sədri və indiki arxiv müdiri T.Ağayev birləşərək istəmirlər ki, bizim ailələrimiz belə bir arxiv arayışı aldıqdan sonra bizə düşən əmlak payımızı tələb edək. Çoxumuzu da 50 ildən artıq kolxoza işləməsinə baxmayaraq biz sakinlərin əmək stajı qeyd edilən sənədləri qəsdən arxivə təhvil verməmişlər. İndi qalmışıq biçarə vəziyyətdə.

Bizim əmlakımızı ələ keçirdiyi kimi sabiq bələdiyyə sədri Ə. Musayev müşfiqabad qəsəbəsi yaxınlığında olan 20 ha dövlət mülkiyyətində olan otlaq sahəni 15 il müddətinə Abşeron rayon İH-nin 2005-ci il sərəncamına uyğun olaraq arvadı Nəsibənin adına formal icarə müqaviləsi bağlamış və 2007-ci ilədək bütün ərazini kənar fiziki şəxslərə hər sotu 2000 manata sataraq 4 milyon manat gəlir əldə etmişdir. Məsələ hal-hazırda Baş Prokurorluqda İdarə rəisi cənab Kamal Qılıcovun nəzarətində araşdırlmaqdadır. Nəticəyə gəlirik ki, Əlikram adlı qanunpozucusu bizim başımıza oyun açmaqda davam edir. Budur, əldə etdiyi haram pullarla aldığı 300-400 baş xırdabuynuzlu qoyunu kəndin daxilindəki fermasında saxlayır və otarır, ekologiyaya ziyan vurur. Fermanın bütün kanalizasiya sularını da kənd camaatının istifadə etdiyi çaya axıdır. Çaydakı balıqlar məhv olur, camaatın mal-qarası sudan istifadə edə bilmir. Qoyun yatağını qoruyan çoxsaylı çoban itlərinin qorxusundan azyaşlı uşaqlar məktəbə gedə, təhsillərini davam etdirə bilmirlər. Cəmiyyətə və dövlətə qarşı daima təhlükə törədən bu adam haqqında isə nədənsə tədbirlər görülmür.

Odur ki, ümidimiz yalnız Dövlətimizin başçısı çoxhörmətli İlham Əliyevə qalmışdır. Çox xahiş edirik ki, əmlakımızın ələ keçirilməsi zamanı baş vermiş bütün sənəd saxtakarlıqları, bizim torpağımızdan istifadə etməklə (526 ha) dövlətdən son illər formal kağız üzərində oğurlanaraq talan edilən subsidiyalar, biz kənd sakinlərinə düşən əmlak paylarımızı mənimsəmiş Əlikram Musayev, saxtakarlıqla məşğul olan Dövlət Arxiv İdarəsinin müdiri Teymur Ağayaev dəstəsinin fəaliyyətinin tam araşdırılaraq hüquqi qiymətin verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk”. “Hürriyyət”
Text-to-Speech

DİNLƏ






Şərh yaz