Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.
Millitv.az-ın məlumatına görə, Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir. O Azərbaycan Milli Elmlər Akademiyasının Hüqauq və İnsan haqları institutunda çalışır. Həmçinin Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin 8 fevral tarixində yaradılıb və İdarə Heyətinin sədri millət vəkili Zahid Orucdur.