Axtarış...

ANONSU VERİLƏN OLAY BAŞ TUTDU: DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir - Nazir həbs olunacaq?

ANONSU VERİLƏN OLAY BAŞ TUTDU: DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir - Nazir həbs olunacaq?

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

DİA.AZ xatırladır ki, bir neçə gün əvvəl deputat Siyavuş Novruzov hətta nazirlərin belə həbs olunacağını anons etmişdi.
Text-to-Speech

DİNLƏ






Şərh yaz