103 saylı Gədəbəy dairə seçki komissiyasının sədri Xaliq Xudaverdiyev çətin duruma düşüb. AzToday.az xəbər verir ki, uzun müddətdən bəri DSK-nın katibi Zakir Orucovla “soyuq müharibə” şəraitində keçinən sədrin durumu rayona yeni icra hakimiyyəti başçısı təyin edildikdən sonra daha da pisləşib. Belə ki, əvvəlki illərdə Zakir Orucovun onun yerinə təyin oluna biləcəyindən ehtiyatlanaraq hər fürsətdə onu gözdən salmağa çalsan sədrin özünün “sonu çatıb”.
Yeni sədrin görəvindən alınması barədə artıq qərarın verildiyi də bildirilir. Bu barədə redaksiyamıza məlumat verən mənbənin bildirdiyinə görə, Xalqin Xudaverdiyevin vəzifəsindən çıxarılması məsələsini yeni başçı MSK sədri Məzahr Pənahovla razılaşdırıb. Onun yerinə isə DSK-nın katibi Zakir Orucovun təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Zakir Orucov deputat Zahid Orucun qardaşıdır. Mənbənin informasiyasına görə, Zahid Oruc qardaşının xahişini həm MSK sədrindən, həm də Gədəbəy İH başçısından edərək razılıq alıb