Axtarış...

Lerikdə dərəbəylikdir... - Başçı zəif xarakterli olanda...

Lerikdə dərəbəylikdir... - Başçı zəif xarakterli olanda...

Ölkə başçısı İlham Əliyevin yaxın günlərdə Lerik rayonuna səfəri gözlənilir. Bu səfər çərçivəsində rayonda narazı vətəndaşların prezidentlə görüşməsinə imkan yaradılmır. O gün Lənkərana gələndə elə bildilər ki, Lerikə gələcək, rayonda və bir neçə kənddə nəzarəti gücləndirdilər".

Bu barədə Vizualaz.org-a Lerikdəki mənbələr deyiblər.

Onlar bildiriblər ki, Lerikdə yaşayış dözülməz haldadır, heç bir iş yeri yoxdur. Məmur özbaşınalığı davam edir: "Bütün bunlarda günahkar icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşıyevdir. Rayonu Cəlil Baxşıyev idarə edir. Bütün məmurlara da tapşırıqları o verir. Hətta prezidentin səfərindən öncə idarə müdirlərindən də "haqq" toplayıb ki, hazırlıq tədbirləri görməliyik. Amma nədənsə son günlər ən çox mediada adı hallanan və tənqid olunan icra başçısının müavini Habil Məlikovdur. Niyə? Axı Habil Məlikova da tapşırıqları başçının adından Cəlil Baxşıev verir. Cəlil Baxşıyev Habil Məlikovu hədəfə çıxarmaqla nə məqsəd güdür? Təbii ki, özünü qorumaq, tənqidlərdən kənar tutmaq və s."

Mənbə deyir ki, Başıyevin böyük biznesi var. Rayonda olan biznesə özü, Bakıda olan biznesə isə oğlu rəhbərlik edir: "Cəlil Baxşıevin hər şeyi var. Maşını, bir neçə evi, restoranı, "9 qardaş istirahət mərkəzi", bir neçə kafe, oğlunun Bakıda obyektləri... Bəs Habil Məlikovun və digər müavinlərin nəyi var? Əhaliyə bu qədər zülm niyə edilir?"

Bundan başqa, onun və qohumlarının rayonu tam nəzarətə götürdüyü iddia olunur: "Lerik şəhərinin İcra nümayəndəsi Kaməddin Məstiyev Cəlil Baxşıyevin ən yaxın adamıdır. Gəlin rayonun mərkəzinə, Heydər Əliyev abidəsinin ətrafına, Heydər Əliyev Mərkəzinin qarşısına baxın, darmadağındır. Səbəbi odur ki, Baxşıyevlə-Məstiyev rayonun inkişafı üçün ayrılan pulları yeyirlər. Bəzi süni ekzotik işlər görürlər. Onların da ömrü 2-3 ay olur. Belə özbaşınalıqmı olar?"

Məlumatda bildirilir ki, rayonu Rövşən Bağırov və deputat İqbal Məmmədov tandemi məhvə aparır, amma əhali də bu zülmə mütləq yox deyəcək, lazımi hüquqi addımlar atacaqlar. Hazırda Prezident Adminstrasiyasına ən çox şikayət daxil olan rayonun Lerik olduğu bildirilir: "Rövşən Bağırov rayonu tapşırıb müavinə, o da çapıb talayır. Yəqin ki, ölkə başçısı bu duruma biganə qalmayacaq".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz