Sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudovu ondan rüşvət tələb etməkdə ittiham edən idmançı Elçin Mürşüdov baş məşqçi ilə bağlı daha bir video yayıb.
Publika.az-ın xəbərinə görə, E.Mürşüdov baş məşqçi ilə bağlı səsləndirdiyi fikirlərin yanlış olduğunu bildirərək, ondan və güləşçilərdən üzr istədiyini bildirib.
Millimizin baş məşqçisinə ŞOK RÜŞVƏT İTTİHAMI - BƏYANAT
Xatırladaq ki, Elçin Mürşüdov yaxınlarda yerli internet televiziyalarından birinə verdiyi müsahibəsində sərbəst güləş üzrə baş məşqçi Firdovsi Umudovun ondan yığmaya alınması qarşılığında 4500 manat istədiyini demişdi.