Axtarış...

Türk şəhidləri yad edildi

Türk şəhidləri yad edildi


15 sentyabr 2018 ci il tarixində Bütöv Azərbaycan Ocaqlarinin təşkilatçiliği ilə Qafqaz İslam Ordusu tərəfindən Bakinin erməni -bolşevik dəstələrindən və daşnak quldurlarindan asad edilməsinin ( 15.09.1918) 100 illiyi münasibətiylə geniş tədbir keçirildi.
Azərbaycan və Türkiyə bayraqlari ilə bəzədilmiş maşin karvani BAQ -nun qərargahi qarşisindan Qobustan rayonunun Acidərə deyilən ərazisində , Baki -Şamaxi yolunun yaxinliğinda yerləşən türk şəhidliyi kompleksi istiqamətində yola düşdü. Ziyarətçilər burada yerləşən abidə önündə geniş tədbir keçirdi. Abidə önündə Bütöv Azərbaycan Ocaqlari adindan əklil qoyuldu . Tədbirdə İctimai və siyasi fəallar ,alimlər, yeniyetmə və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə BAO başqaninin ideoloji məsəllər üzrə müavini ,tarixçi alim Dilavər Əzimli açdi. Sonra Azərbaycan Respublikasinin dövlət himni səsləndirildi.

D. Əzimli Bakinin Qafqaz İslam Ordusu tərəfindən azad olunmasinin tarixi haqqinda qisa məlumat verərək bu hadisənin əhəmiyyəti haqqinda danişdi. Daha sonra Seyyid İsa Ələkbər, Aydin Mədətoğlu, Faiq Ələkbərli, Aygün Hüseyn, İraq -Kerkürddən gəlmiş Abdulkadir Dabbağ oğlu, Umuxanim Hüseynzadə, Sabir Tağiyev, Nəcəfali Cahangirli, Sara Selcan, Elşən Əlisoy,Bəxtiyar Tuncay və b. çixiş edərək mövzu ətrafinda öz fikirlərini bölüşdülər.

Çixişlara BAO başqani Zahir Əlisoyun nitqi ilə yekun vuruldu.
Tədbirdə Qardaş Türkiyə Cümhuriyyətinin himni--istiqlal marşi da səsləndirildi.
Çixişlardan sonra naməlum türk əsgərinin məzari tədbir iştirakçilari tərəfindən ziyarət olundu.

Türk şəhidləri yad edildi

Türk şəhidləri yad edildi

Türk şəhidləri yad edildi



AYGÜN HÜDEYN


Millitv.az


Daha çox xəbər

Şərh yaz