Axtarış...

Bakı gömrüyündə KORRUPSİYA DALĞASI - İTTİHAM

Bakı gömrüyündə KORRUPSİYA DALĞASI - İTTİHAM

Aprel seçkilərindən sonra reallaşdırılan kadr islahatlarının ölkə iqtisadiyyatının canlandırılması istiqamətində yeni üfiqlət açacağına bütün xalq ümid edirdi. Təyin edilən şəxslərin əksəriyyəti yeni simalar idi. Bir Gömrük Komitəsindəki təyinat ölkənin iqtisadi təhlükəsizliyi keşiyində dayanan bu qurumda ciddi dəyişkliklər olaması üçün böyük ümidlərə əsas vermirdi. Çünki DGK-nın yeni sədri digər kadrlar kimi peşəkarlığı və təmizliyi nümunə kimi göstərilən şəxslərdən deyildi. Adı ciddi maxinasiyalarda və korrupsiya əməllərində hallanmasa da, hər halda İnam Kərimov, Rövşən Rzayev, Vüsal Hüseynov və digərləri kimi kimi adı mediada müsbət imic sahibi kimi haallanmırdı. Lakin gömrük orqanının birinci şəxsi ilk təyinatları ilə “gül” vurdu. Xüsusən də Bakı şəhər Baş Gömrük İdarəsinə rəis təyinatı isə ölkə ictimaiyyətini mat qoydu.

Yerli və xariici medianın “qəhrəmanı”

Ölkənin baş şəhərinin gömrük idarəsinə Respublikamızın müxtəlif gömrük keçid məntəqələrində rəis işləyərkən insanlara qarşı kobud rəftarı, qohumbazlığı, rüşvətxorluğu ilə ad qazanmış biri – Kənan Məmmədov təyin olundu. Bu şəxsin əməlləri barədə əvvəllər də həm yerli, həm də xarici mediada gen-bol yazılıb. Hətta axtarış versək, sosial şəbəkələr belə “Nehrəmli Kənandan”- Kənan Məmmədovdan edilən şikayətlərlə, giley-güzarlarla doludur. Onun rəis olduğu gömrük keçid məntəqələrindən keçən tır sürücüləri, sahibkarlar, adi vətəndaşlar “Kənan Məmmədov” adı gələndə, “daş atıb başlarını tuturlar”. Sorub soruşdurduğumuz iş adamları, sürücülər bu adam haqqında bir kəlmə də olsun xoş söz demədilər. Hətta onun insanları döydürdüyü, girov saxladığı barədə faktlar ölkənin tanınmış şəxsləri tərəfindən dəfələrlə dilə gətirilib. Məsələn, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli qohumlarının “Sınıq Körpü”də girov saxlanıldığını, onlardan rüşvət istənildiyini sosial şəbəkədə çox açıq mətnlə yazmışdı.

Bakı gömrüyündə KORRUPSİYA DALĞASI

Həmin hadisə musavat.com saytında da geniş işıqlandırılıb. Sözü gedən yazıyla bu linkdən tanış ola bilərsiniz:

“Nehrəmli” Kənan Sınıq körpüdə yerli sakinləri döydürdü

Qeyd etdimiz kimi Kənan Məmmədov haqqında incidilən şəxslərin yerli və xarici mediaya verdiyi açıqlamaları, sosial şəbəkələrdə paylaşımları yer almaqdadır. Onu da vurğulayaq ki, Kənan Məmmədov adı xarici mediada neqativ hallanan yeganə gömrük keçid rəisidir.

Bakı gömrüyündə hazırda nələr baş verir?

Kənan müəllimin əvvəlki fəaliyyəti öz yerində, bəs indi? Görəsən, Kənan Məmmədov hər yerdə açıq şəkildə bəyan etdiyi “arxası” və qohumu Səfər Mehdiyevin “etimadı”nı doğrultmaq üçün köhnə “dəyərli” təcrübələrini paytaxt gömrüyündə də tətbiq edirmi?

Apardığımız araşdırmalar və sahibkarlardan aldığımız açıqlamalar nəticəsində belə bir qənaətə gəlirik ki, Kənan müəllimin rəis təyin olunmasından az vaxt keçsə də o, öz qaydalarını Bakı Baş Gömrük İdarəsində tətbiq edə bilib. İşlədiyi əvvəlki yerlərdə olduğu kimi, yenə qohum-tanışını başına yığaraq köhnə vərdişlərini təkrarlamağa başlayıb.

Bakı gömrüyünün yeni qaydaları: süründürməçilk, oğurluq və s.

Söhbət etdiyimiz sahibkarlar deyirlər ki, Kənan Məmmədovun Bakı gömrüyünə gəlişindən sonra yaxşılığa doğru heç nə dəyişməyib. Əksinə yaxşı nə vardısa onlar da neqativləşdirilib.

Sahibkarların dediyi kimi, Qazax, Tovuz, Xaçmaz gömrüklərində məmurlar tərəfindən qeyri-insani münasibətlə qarşılaşsalar da, Bakı gömrüyündə o birilərlə müqayisədə müraciət edən şəxslərlə nisbətən normal davranırdılar. Lakin son təyinatdan sonra adamın üstünı qışqırmaq, kobud danışıq tərzi, hətta hədələmək adi fəaliyyət normasına çevrilib. Haqqını tələb edən sahibkarlar çox kobud cavablar alır, acılanır, təhqir olunurlar.

Görmüklərdən yük keçirən iş adamları müxbirimizə bildibirlər ki, malları müxtəlif bəhanələrlə terminallarda saxlanılır və yükün saxlandığı hər günə görə əlavə vəsait ödəmək məcburiyyətində qalırlar. Bəhanələrdən biri budur ki, guya malların laboratoriya analizlərinin cavablarını yubanır və ona görə də yük sahibləri cavab gələnə qədər gözləməlidirlər. Mal terminaldan alınandan və pul ödəndikdən sonra bəlli olur ki, sən demə, laboratoriyanın cavabı çoxdan hazır imiş. Sadəcə qəsdən yubadılırmış ki, iş adamı əlavə vəsait ödəsin.

Hələ bu, harasıdır? Çindən və Türkiyədən ölkəmizə qadın geyimləri gətirən başqa bir müsahibimiz bildirir ki, son partiyada malı alandan sonra maldan beş qutu əskik gəlib. Bakı gömrükçüləri mallarının axtarılacağını söyləsələr də hələ ki, heç bir nəticə yoxdur. Sahibkar bildirib ki, o. haqqını tələb edəndə ona qarşı küçə uşağı səviyyəsində rəftar edilib, söyüş söyülüb. Başqa bir sahibkar isə bildirib ki, son günlər Bakı gömrüyündə peyda olan yeni işçilər onlarla türmə nəzarətçisinin məhbusla davrandığı kii davranırlar.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə hazırda Bakı gömrüyündə söz sahibləri Kənan Məmmədovun qohumlarıdır və Kənan Məmmədova yaxın olmaları onlara gömrükdən mal keçirən insanlarla qeyri-insani davranmalarına imkan verir.

Hər gün Bakı Gömrüyünə inkassator maşını yaxınlaşır

Günlərlə Bakı şəhər Baş Gömrük İdarsinin qarşısında boynunu bükən ticarət adamları bizimlə çox maraqlı müşahidələrini də bölüşdülər. Onların dediyinə görə, hər gün paytaxt gömrüyünə azı bir-iki inkassator avtomobili girib çıxır. Görəsən, adətən banklarda görməyə vərdiş etdiyimiz bu puldaşıyan zirehli maşınların paytaxt gömrüyünə gündə bir-iki dəfə girib-çıxmasının səbəbi nədir? Axı normalda gömrük rüsumları bank vasitəsi ilə ödənilməlidir. O zaman inkassatorlar Bakı gömrüyündən nə daşıyırlar? Müsadirə olunan zinət əşyalarımı? Amma hər gün o qədər zinət əşyalarının müsadirə olunması inadırıcı deyil. Hətta fantastikdir.

Bahalı hovuz həvəskarı

Əlavə olaraq onu da qeyd edək ki, Bakı gömrükxanasının yeni rəisinin köhnə bir şakərinin olduğu da deyilir. Adam üzgüçülük həvəskarı imiş və işlədiyi hər yerdə yaşadığı evin həyətində hovuz tikdirirmiş. Hələ Biləsuvar gömrüyündə adi şöbə rəisi işləyəndə həyətində bahalı bir hovuz tikdiribmiş. Ondan sonra da bu vərdişindn əl çəkməyib. İşlədiyi bütün həvəsi onu tərk etməyib. İşlədiyi bütün rayonlarda da villası olduğu bildirilir. Məlumatsız oxuucuların diqqətinə çatdıraq ki, bir üzgüçülük hovuzunun tikintisi üçün ən azı 30-40 min dollar tələb olunur. Görəsən, dövlət məmurunda bu qədər pul haradandır. Vilların qiymətindən isə danışmağa dəyməz.

Bütün bu xüsusiyyətlərə malik bir kadrın ölkə gömrüyünün özəyinə rəhbər gətirilməsi təbii ki, təəccüb doğurmaya bilməz. Çünki hamıya bəllidir ki, cənab Prezident respublikada sahibkarlığın inkişafı üçün ayrıca tələblər qoyub. Əgər sahibkarlara belə maneələr yaradılarsa, onlara qarşı qeyri-insani davranış sərgilənərsə, iş adamları incidilərsə, azad rəqəbətin qarşısı kəsilirsə, o zaman hansı inkişafdan söhbət gedə bilər? Tutaq ki, ölkənin çiçəklənməsi, vətəndaşın rifahı bu məmurların vecinə deyil. Bəs dövlət başçısının tapşırıqlarıdamı onun üçün heç bir şey ifadə eləmir? Onlar bu cəsarəti kimdən, haradan və nədən alırlar?

P.S. Qeyd edək ki, Bakı şəhər Baş Gömrük İdarəsinin yeni rəisi bu günə kimi barəsində yazılan saysız ittihamlardan heç birinə bir kəlmə ilə də olsun, cavab verməyib. Atalarımız “susmaq razılıq əlamətidir” deyiblər.

Ardı var...

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz