Axtarış...

Bakıda 2 nəfər maşının altında qalıb öldü

Bakıda 2 nəfər maşının altında qalıb öldü


Bakıda iki nəfəri maşın vuraraq öldürüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayonunun Z. Bünyadov prospektində Bakı şəhər sakini Nurlan Ağayev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Sədirəddin Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Piyada ölümü ilə nəticələnən digər yol nəqliyyat hadisəsi Yasamal rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Faiq Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəmziyyə Əliyevanı vurub və nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb

Hər iki faktla bağlı araşdırma aparılır.



Şərh yaz