Axtarış...

Kubinkalı "Damdayatan Nizam"ın məşhur qızları tutuldu

Kubinkalı "Damdayatan Nizam"ın məşhur qızları tutuldu
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Kubinka" adlanan yerdə 30 ildən artıqdır yaşayan ailənin narkotik kartelinə əl qoyublar.

Millitv.az sputnik.az-a istinadən xəbər verir ki, Nəsimi rayonunun hüquq-mühafizə orqanları məlumat verib.

Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış bacılar — 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı və 1983-cü il təvəllüdlü Səmədova Şəms Nizam qızına qarşı qaldırılmış cinayət işinin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Bacılar marixuana, heroin, "kokos" (kokain), metamfetamin, "spays" qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar. "Kubinka"nın hər bir sakini bacıların nə işlə məşğul olduğunu bilib. Lakin bu bacı qruplaşmasını zərərsizləşdirmək elə də asan olmayıb.

Burada hamı onları "Damdayatan Nizam"ın qızları çağırırlar. Onların atası Nizam Quliyev də keçmişdə narkotik alverçisi olub və hazırda həyatda deyil. Narkotik alveri peşəsi bu qızlara babalarından qalıb. Nizam Quliyevin atası da məşhur narkotacir imiş. Nizam Quliyev narkotikləri satmaqla yanaşı, həm də onu qəbul edirmiş. Narkotikləri qəbul edəndən sonra o, yay aylarında sərin olan dama yatmağa gedirmiş. Elə "Damdayatan" ləqəbi də burdan yaranıb.

Qızların nənələri Məsmə Quliyeva da narkotik ticarəti ilə məşğul olub. Bu prosesə Məsmə Quliyevanın Əli adlı kürəkəni (qızının əri) və Şəms Səmədovanın əri Azər Səmədov da qoşulub. Onlar malı Lənkərandan və digər rayonlardan gətirirmişlər.

"Bu ailə az adamı məhv eləməyib. Hüquq-mühafizə orqanlarına bacıların daimi müştərilərinin artıq dozadan öldüyü barədə hallar məlumdur. Asayiş keşikçiləri ara-sıra ailə üzvlərini tutsalar da, onlar məhkəmə orqanlarını aldada və azadlığa çıxa biliblər" — deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Yeri gəlmişkən, Şəms Səmədova bu yaxınlarda DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 50 qram heroinlə tutulub. Lakin məhkəmə onun himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq qadına şərti cəza verib. Bu işdə Səmədovanın müraciət etdiyi vəkillərin də rolu az olmayıb. Lakin azadlığa çıxan kimi, o, köhnə peşəsinə qayıdıb.

Bununla yanaşı, qadının sayəsində azadlığa çıxdığı 7 yaşlı oğlu da narkotik ticarətinə cəlb edilib. Anası ondan kuryer kimi istifadə edib və bu yolla öz oğlunun həyatını təhlükə altına atıb.

Qeyd edək ki, son 4-5 il ərzində Azərbaycanda "spays" qarışığının satışı halları artıb. Bu qarışıq respublikanın ayrı-ayrı bölgələrinə, xüsusən də paytaxta Hacıqabul rayonundan yayılır. Bu rayonun sakinləri qazanc dalınca Rusiyaya
Text-to-Speech

DİNLƏ






Şərh yaz