3 ayların ilki olan
Rəcəb Ayı “təzim olunan ay” və “hazırlanmaq” mənalarına gəlir. Cümlə ümmətin Peyğəmbəri
HZ.Muhamməd (s.a.v) bu aya girdikdə “Allahım,
Rəcəbi və
Şabanı bizim üçün mübarək eylə və bizi
Ramazana qovuşdur !”- deyə dua edərdi. Bu ay içində eyni zamanda,
Merac,
Bəraət və
Qədr gecəsi kimi mübarək zamanların da müjdəçisi olan,
“Rəqaib gecəsi” vardır. Rəqaib-bol ehsan mənasına gələn “rağibə” kəlməsinin cəmidir. Bu gecədə
Allahu-Təala sonsuz zəhməti ilə təcəlli edib, sonsuz məğfirəti ilə bağışladığı üçün, gecəyə bu ad verilmişdir. Rəcəb ayının 27-ci gecəsi isə
“Merac qəndili”dir. Meracın lüğəti mənası “nərdivan” , “yüksələcək yer” , “ən yüksək məqam”dır. Bu gecə, bəşəriyyətin iftixar tablosu
Rəsulullah (s.a.v) möcüzə olaraq, Məkkədəki Məscidi-Həramdan, Qüdsdəki Məscidi-Əqsaya, oradan da, göylərin ilahi dərinliklərinə doğru pərvaz edib ruhən və bədənən Allahın hüzuruna çıxmışdır.
Millitv.az informasiya xəbər portalının (İslam dini) İlahiyyat bölməsinin müdiri Hafizi-Quran Elyaz Ağasəf oğlu