Axtarış...

Hökm dəyişdirilmədi...

Hökm dəyişdirilmədi...


Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər - Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədov barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Ftv.az verdiyi xəbərə görə, hadisə 2017-ci il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin binasında baş verib.

Yolçu Qocayev, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində döyülərək öldürülüb. P.Hüseynov və R.Məmmədov xuliqanlıqda, E.Nəhmədov isə xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə E.Nəhmədov 5 il, R.Məmmədovun 2 il 6 ay, P.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. E.Nəhmədovun təqsirləndirildiyi qəsdən adam öldürmə maddəsi ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib.

Hər üç şəxs apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini və prokuror isə protest verərək cəzanın ağırlaşdırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov hər iki tərəfin şikayətini rədd edib və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz