Türkiyədə koronavirusdan daha 53 nəfər öldü


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 53 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 37 351 şübhəli koronavirus testindən keçib, onlardan 1704-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3894 nəfər ölüb, 141 475 nəfər bu infeksiyaya yoluxub, 98 889 nəfəri isə müalicə olunub. Bu gün 3109 xəstə evə buraxılıb.

F.Qoca qeyd edib ki, intensiv terapiyada olan koronaviruslu xəstə sayı azalmağa davam edir. Ancaq nazir yenə də xəbərdarlıq edib: “Maska, sosial məsafə - koronavirusa qarşı gücümüz budur. Risk isə izdihamlı və qələbəlik yerlərdədir. Məsafəni gözləyək”, - deyə bildirib.
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət