Rusiyada neft qiymətlərinin cari ilə proqnozu açıqlandı

Rusiyada neft qiymətlərinin cari ilə proqnozu açıqlandı
Rusiya Energetika Nazirliyinin qənaətincə, bu il neftin bir barelinin orta illik qiyməti 30 ABŞ dollarından bir qədər çox olacaq.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə nazirliyin departament direktoru Aleksandr Qladkov onlayn konfransda çıxışında bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, ölkənin 2035-ci ilədək enerji strategiyasında neftin yüksək qiyməti nəzərdə tutulmadığından hazırkı böhranda istehsalat göstəriciləri dəyişməyəcək. Belə ki, strategiyaya əsasən, Rusiyada neft və qaz kondensatının illik hasilatı 2024-cü ilədək 556-560 milyon ton, daha sonra isə vəziyyətə görə 490-555 milyon ton səviyyəsində, qaz hasilatı isə 2024-cü ilədək 795,1 - 820,6 milyard kubmetr, sonrakı dövrdə isə 859,7 milyard - 1 trilyon kubmetr həcmində nəzərdə tutulur.

Xatırladaq ki, 2019-cu ildə neftin orta illik qiyməti 63 dollar/barel səviyyəsində olub.
Oxşar xəbərlər
«    Июль 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət