Axtarış...

Abdin Fərzəliyevin oğlunun və kürəkəninin macəraları – VİDEOLAR

Abdin Fərzəliyevin oğlunun və kürəkəninin macəraları – VİDEOLAR



Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin oğlunun taxdığı saat müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkələrdə Abdin Fərzəliyevlə və onun birinci müavini Şahmar İbadovun oğlu ilə bağlı video paylaşılıb. Cumhuriyyet.az olaraq aşağıda təqdim etdiyimiz videoda əlində iki bağlama (20 min) dollar tutub poz verən şəxs Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevin oğludur.
Bu videoda diqqət çəkən digər bir məsələ də var. Əsas diqqəti Abdin Fərzəliyevin oğlunun qolundakı saat çəkir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, bu saat “Audemars Piguet” markasına aiddir və qiyməti ABŞ valyutası ilə 79 000 dollardır (134 000 manat). Türk satış saytlarında isə saat 560 268 TL-yə satılır. (Azərbaycan manatı ilə 146 566 manat+170 manat çatdırma pulu).

Bu arada yol hərəkəti qaydasını pozaraq təhlükəli hərəkət edən sürücü kameraya düşüb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, aprelin 10-u Binəqədi rayonu DSK kimi tanınan yolda hərəkət edən 10-AA-020 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü 1.1 bütöv xəttin tələbini pozaraq əks istiqamətdə ötmə qaydasını pozub.
Məlumata görə qeyd olunan avtomobil “Elnur Group MMC”yə məxsusdur. Avtomobilin sahibi olan Elnur Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin kürəkənidir. Elnur Əliyev Bakıda polis bölmələrindən birinin rəisidir. Avtomobilin kifayət qədər ödənilməyən cərimələri var. Bu səbəbdən nəqliyyat vasitəsinin duracağa təmin edilməsi ilə bağlı iki həbsi də var.


Daha çox xəbər

Şərh yaz