Axtarış...

COVİD-19-dan sağalanlar bir daha yoluxurmu? - ARAŞDIRMA



Dünya ölkələri yeni növ koronavirusun qarşısını almaq üçün müxtəlif elmi araşdırmalar aparır, dərmanlar hazırlayır.

Amma koronavirusa yoluxanların sayı da durmadan artır. Artan yoluxma saylarına nəzərən sağalanlar da var. İnsanları düşündürən məsələ isə yoluxub sağalanların yenidən virusa yoluxma ehtimalı olub-olmamasıdır.

Cebhe.info xəbər verir ki, tibb alimləri həmin insanların bir daha xəstəliyə tutulmayacağını qeyd edirlər. Çünki yoluxan insanlar sağaldıqdan sonra onların bədənində virusu məhv etmək üçün antikor maddəsi (Koronavirusu zərərsizləşdirən maddə-müəll.) yaranır və həmin xəstəliyə qarşı immunitet sistemi güclənir. Əgər koronavirus yenidən həmin insanın orqanizmini yoluxdurmağa çalışarsa, bədən antikor maddəsi ifraz edərək bunun qarşısını alır.

Türkiyə Səhiyyə Nazirliyi nəzdində Elmi Şuranın üzvü, professor Tevfik Özlü “Çindən gələn məlumatlara görə, bu virusa tutulub sağalanlar bir daha yoluxmur”-deyə qeyd edib. Pandemiyaya yoluxmuş insanlarda immunitet yarandığını deyən T. Özlü “Biz bu virusa yoluxub sağalanlardan aldığımız plazmanı (plazma qanın duru hissəsinə deyilir. Yunanca “plazma”- zərdab deməkdir. Qan zərdabı anlamını verir-müəll.) virusa təzə yoluxan xəstələrə verib sağaldırıq. Virusu keçirən şəxslərin bədənində virusa qarşı antikor yaranır. Bu antikor təzə yoluxan xəstələrə verildikdə isə onlar sağalır. Bunlar yeni məlumatlardır. Zaman içərisində immunitet nə qədər xəstəlikdən qoruyur, güclü bir immunitetdirmi? Bunları öyərənəcəyik”- deyə bildirib.

Türk Qızılay rəhbəri doktor Kərəm Kınık plazma üsulu ilə müalicə üsulunu izah edib. K. Kınık koronavirusun müalicəsində dünyaya ümid ola biləcək plazma üsulunu belə izah edib:

“Mikroorqanizm vücudumuza girib bizi xəstələndirən zaman hüceyrələrimiz antikor istehsal etməyə başlayır. Həmin antikor isə mikroorqanizmlə mübarizə aparmağa başlayır. Bu sanki yoluxucu xəstəliklərə qarşı vurulan peyvənd kimidir. Yəni necə ki, peyvənd vasitəsi ilə xəstəliyi yoluxduran mikroorqanizmlərin passiv genləri bizim bədənimizə yerləşdirilib yoluxmadan qoruyursa, bunu da elə düşünmək olar. Bu mikroorqanizmlərin antikorları xəstəliyi keçirərək sağalmış və üzərindən 14 gün keçmiş insanların qanında daha çox olur.



Şərh yaz