Axtarış...

Aeterna dərman şirkətinin vəzifəli şəxsinin hüquqlarını müdafiə edən vəkildən Dövlət Gömrük Komitəsinin rəsmi açıqlamasına əsaslı şəkildə cavabın əks olunduğu video müraciət

Aeterna dərman şirkətinin vəzifəli şəxsinin hüquqlarını müdafiə edən vəkildən Dövlət Gömrük Komitəsinin rəsmi açıqlamasına əsaslı şəkildə cavabın əks olunduğu video müraciət

Bu günlərdə dünya ölkələri koronovirus pandemiyası ilə çox ciddi mübarizə aparır.On minlərlə insan təlafatına səbəb olan virusun Azərbaycanda da yayılması dövlət səviyyəsində bir sıra mühüm tədbirlərin görülməsi ilə nəticələndi.Vətəndaşların sağlamlığının qorunması,yaranmış çətinliklərin aradan qaldırılması,yeni tibbi avadanlıq və ləvazimatların ,dərmanların alınması məqsədilə koronovirusla mübarizəyə dəstək fondu belə yaradıldı.Prezident də daxil olmaqla adi vətəndaşa kimi hər kəs az da olsa əllərindən gələni əsirgəmirlər.Ölkənin bu çətin sınaq qarşısında mübarizə apardığı bir vaxtda kanalımıza daxil olan növbəti şikayət də elə tibbi ləvazimatlar və dərmanlar haqqındadır.Səsləndirilən iddialar çox ciddidir. Söhbət milyonlarla manat dəyərində ,bu gün Azərbaycan əhalisinin ehtiyacı olan tibbi ləvazimatların göz görə-görə məhv olmasından gedir.Məsələyə bir qədər aydınlıq gətirək.Aeterna farm mmc nin səlaiyyətli nümayəndəsi Ramil Rüstəmov kanalımıza müraciət edərək bildiridi ki,şirkətlərinə məxsus ,Azərbaycana gətirilmiş,gövlət rüsumları ödənilmiş və bütün tibbi standartlara cavab verən on minlərlə dərman pereparatları Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində qanunsuz olaraq saxlanılır və nə şirkətə,nə də istifadə üçün əhaliyə verilmir
Azerifakt.az



Daha çox xəbər

Şərh yaz