Gürcüstanda azərbaycanlılar və ermənilər arasında dava düşdü



Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş verib.

Millitv.az “Report”a istinadən xəbər verir ki, ötən gün kənd sakinləri arasında əkin sahəsi ilə bağlı anlaşılmazlıq səbəbindən mübahisə yaranıb.

Mübahisə daha sonra davaya keçib. Hadisə zamanı erməni kəndçi azərbaycanlı həmkəndçisi, fiziki imkanları məhdud şəxsə qarşı fiziki təzyiq göstərib.

Polis insidentlə bağlı araşdırma aparır. Hazırda Xocernidə ümumi vəziyyət sakitdir.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət