Axtarış...

ABŞ prezidentləri tarixində ilk dəfə bunu Tramp edəcək




ABŞ Prezidenti Donald Tramp ölkə tarixində abort əleyhdarlarının yürüşündə iştirak edən ilk dövlət başçısı olacaq.

Life.ru-nun məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Stefani Qrişam “Twitter” səhifəsində məlumat verib.
“Prezident Donald Tramp “Həyat üçün Marş”ı ziyarət edən ilk ABŞ prezidenti olacaq”, – deyə məlumatda bildirilir.
Trampın özü də mitinqdə iştirakını şərh edib.

“Cümə günü görüşərik”, - deyə mikrobloqunda yazıb və “Həyat üçün Marş” səhifəsinə əlavə edib.
ABŞ-da abort mövzusu aktiv şəkildə müzakirə olunur. Qadınların hamiləliyini ləğv etmək hüququ kilsə və mühafizəkarlar tərəfindən tənqidlə qarşılanır.



Şərh yaz