Axtarış...

Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi RƏSMƏN TALANIR... - İTTİHAM



TV7 xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 2592 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən bu qurum fəaliyyətə başlamış, 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır. Eyni zamanda, Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və "Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalamışdır. Fərmanla "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edilib.
Lakin pilot layihələri icra edən şəxslərin bir çoxu layihəni inkişaf etdirmək əvəzinə öz şəxsi maraqları üçün istifadə etməyə başladılar. Belə ki, Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuru Nuruyev bu pilot layihəni əhali arasından gözdən salmış, bütün texnii resursları öz şəxsi maraqlarına yönətmişdir. Korrupsiya əməllərini sığortalamaq üçün Nuru Nuriyev "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin sədri ilə qohum olmuşdur. Qohum olandan sonra Nuru Nuriyevin oğlu Azər Nuruyev qısa zaman kəsiyində fanrastik varlanmağa başladı. Onlarla obyektə, mənzilə sahiblənən Azər Nuruyev yüngül həyat tərzi ilə də diqqəti çəkib. Azər Nuruyevin eyş-işrət, əyləncə dolu həyatını əks elətdirən bəzi görüntüləri təqdim edirik:

TV7


Daha çox xəbər

Şərh yaz