Şəmkirdəki dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama

Şəmkirdəki dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində kənd sakini Babək Qurbanovun idarə etdiyi VAZ-2106 və Sabirkənd kənd sakini S.Allahverdiyevin idarə etdiyi VAZ-21099 markalı avtomobillər toqquşub.

Nəticədə B.Qurbanov və S.Allahverdiyevin sərnişinlərindən - Düyərli kənd sakinləri Ramin Bağırov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət