Axtarış...

Bakıda hadisə: Yol polisi maşını saxladı, sərnişin özünü bıçaqladı



Dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Millitv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, araşdırma zamanı S.Xanalıyevin sənədlərinin də olmaması müəyyən edildiyindən avtomobilin müvəqqəti duracağa aparılması bildirilib. O və sərnişini, kənd sakini C.Rəfiyev tabeçilik göstərmədiklərindən hadisə yerinə PPXB-nin əməkdaşları çağırılıb. Bu zaman C.Rəfiyev özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz edən xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi və 3 ədəd patron, habelə nəqliyyat vasitəsinin yük yerində ona aid 1 ədəd dövlət qeydiyyat nişanı aşkar edilərək götürülüb, digər dövlət qeydiyyat nişanının isə evdə olması bildirilib.

C.Rəfiyev xəstəxanaya yerləşdirilib.

S.Xanalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz