Axtarış...

Meyiti 25 metrlik quyudan tapılan Elvinin qətlinin pərdəarxası: ŞOK DETALLAR +VİDEO



Oktyabrın 25-də Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusundan meyiti tapılan Elvin Həbibzadənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Millitv.az-ın Femida.az -a istinadən məlumatına görə, qətli törətməkdə şübhəli bilinən şəxslər - Bakı şəhər sakini Səbuhi Ələkbərov və yaxın qohumu Rəşad Fətullayevlə Elvin Həbibzadə arasında borc üstündə mübahisə olub. Belə ki, qətlə yetirilən Elvin Həbibzadə qarşı tərəfdən müxtəlif vaxtlarda uyuşdurucu maddələr alaraq istifadə edib. Ancaq pulunu ödəyə bilmədiyi üçün 3 min manatdan çox borcu yaranıb. Həmin borc üstündə tərəflər arasında dəfələrlə mübahisə yaranıb. Sonuncu mübahisə zamanı onlar Elvindən ya pulu verməyi, ya da maşınını sataraq pulu ödəməyi tələb ediblər. Bu zaman qətlə yetirilən Elvin Həbibzadə nalayiq söyüşlə Səbuhi Ələkbərovu təhqir edib. Mübahisə Elvin Həbibzadənin avtomobilində baş verib. Tərəflər arasında qarşılıqlı mübahisə zamanı ilk olaraq Elvin Həbibzadə onunla mübahisə edən Səbuhi Ələkbərova bıçaq zərbəsi endirib. Bu zaman arxada oturan qohumu Rəşad Fətullayev qayçı ilə Elvin Həbibzadənin boğazına zərbələr endirərək onu həyatdan məhrum edib.

Elvinin öldüyünü gördükdən sonra izi itirmək üçün onun meyitini elə öz avtomobilinə qoyaraq Xəzər rayonuna gətirərək, S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar. Daha sonra mərhum Elvin Həbibzadəyə məxsus "BMW" avtomobilini dəyərindən dəfələrlə ucuz qiymətə 4 min manata başqa bir sakinə satıblar. Avtomobili alan şəxs salonda qan izlərini gördükdən sonra şübhələnib. O, avtomobilin qaçırıldığını düşünüb və hər hansı hadisənin baş verdiyindən şübhələnərək polisə məlumat verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı polis hadisənin üstünü açıb və Elvin Həbibzadənin meyiti 25 metrlik su quyusundan tapılıb. Səbuhi Ələkbərov və Rəşad Fətullayev törətdikləri cinayəti etiraf ediblər. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.



Daha çox xəbər

Şərh yaz