Axtarış...

Müğənnilərimiz niyə "HACI"ları SEVİR? - Səbəbi və ŞOK DETALLAR

Müğənnilərimiz niyə "HACI"ları SEVİR? - Səbəbi və ŞOK DETALLAR
Azərbaycanlı xanım müğənnilər arasında “Hacı” trendi sürətlə yayılmaqdadır.

Redaktor.az xəbər verir ki, bu trendə qoşulanlar həyat yoldaşlarının, sevgililərinin “Hacı” olması ilə fəxr edirlər. Başqa bir məqam isə müğənnilərin “Hacı”ların maddi imkanları ilə öyünməsdidir.

İlahiyyətçi hacı Fuad Pənahlının sözlərinə görə, dini dəyərlərdən şöhrət, lovğalıq, gündəmdə qalmaq üçün istifadə etmək günahdır:



“Xanım müğənnilərimizin, ümumiyyətlə bütün insanların dini dəyərlərdən belə xoşagəlməz hallar üçün istifadə etməsi böyük günahdır. Mömin insanlar heç vaxt belə etmir”.

Hacı Fuad Pənahlı əlavə edib ki, “Hacı”, “Kərbəlayi” “Məşədi” sözlərindən bir müraciət forması kimi istifadə etmək olar:

“Bu sözlərdən müraciət, xitab kimi istifadə etmək olar. Amma baxır, nə zaman və harada istifadə edirsən. “Hacı” titulu dində bir vəzifə sayılır. Yəni, möminsənsə və şəraitin varsa, Həcc ziyarətinə getməlisən. Bundan lovğalıq, özünü gözə soxmaq, reklam üçün istifadə etmək olmaz. Bu, böyük günahdır!”.

“Hacı”sı olan məşhurlardan bəzilərini təqdim edirik:

Tanınmış müğənni Afət Fərmanqızı Hacı Roma (Ramal Hüseynov) ləqəbi ilə tanınan iş adamı ilə ailə qurub. Bu, müğənnin ikinci evliliyidir. Bundan öncəki evliliyindən isə bir oğlu var. O, hazırda Avropada təhsil alır.



Hacı adını tez-tez müğənni Şəbnəm Tovuzlunun dilindən eşidirik. İfaçı həyat yoldaşının hacı olmasını hər dəfə dilə gətirir:

“Həyat yoldaşım məndən 9 yaş böyükdür, 43 yaşı var. Allah adamıdır, hacıdır. Həmişə həyat yoldaşımın özümdən böyük olmasını istəmişəm. O ailə qurub, boşanıb. Mən onun ikinci xanımı deyiləm, həyat yoldaşıyam”.



Gənc müğənni Səbinə Selcan “Xəzər” TV-də yayımlanan “5/5” verilişində həyat yoldaşının hacı olduğunu bildirib:

“14 yaşımda qaçırıldım, övladım oldu, ayrıldım. Ondan sonra Türkiyə vətəndaşı ilə ailə qurdum. İstanbulda yaşayıram. Həyat yoldaşım hacıdır”.



O, verilişdə aparıcının “Hacının aldığı 10 min dollarlıq üzüyü itirmisən?” sualına belə cavab verib:

“Sən haradan bilirsən? Dəymirəm 10 min dollara? Dənizə tullananda üzük dənizin dibinə düşdü. Həci dedi ki, yenisini alaram”.



Daha bir gənc müğənni Türkan Heydərova isə hacı olan sevgilisinin aldığı bahalı avtomobillə gündəmə gəlib.
Belə ki, müğənniyə aşiq olan hacı ona qırmızı rəngdə “Porshe” markalı avtomobil alıb.



Yaxın günlərdə ikinci dəfə ailə qurmağa hazırlaşan meyxanaçı-müğənni Samirə Yusifqızının da gələcək həyat yoldaşı hacıdır.



Sənətçinin birinci həyat yoldaşı vəfat edib. O bildirib ki, ikinci dəfə ailə quracağı şəxs hacıdır.


Daha çox xəbər

Şərh yaz