Sərxoş halda dostunu bıçaqladı - məhkəmə cəzasını yüngülləşdirdi



Sumqayıtda qəsdən sağlamlığa ağır zərər vurmada ittiham edilən Müzəffər Rzayevin barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org xəbər verir ki, Sumqayıt Apellasiya Məhkəməsinin hakimi Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, M.Rzayevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib. Hadisə 2018-ci ilin noyabr ayının 27-də Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən parkda baş verib.

Həmin parkda sərxoş vəziyyətə olan M.Rzayevin tanışı Zaur Allahverdiyev aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, bıçaqla tanışının kürək nahiyəsindən bir dəfə zərbə endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Rzayev 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Oxşar xəbərlər
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət