Axtarış...

Palata bu şirkəti 72 min dollar cərimələdi

Palata bu şirkəti 72 min dollar cərimələdi


Xəzər Rayon Məhkəməsində “Oval ST” MMC-nin 72192.6 ABŞ dolları ABŞ dolları (360963 ABŞ dollarının iyirmi faizi miqdarında) cərimə edilməsi barədə qərar çıxarılıb.

Bakupost.az-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən yazdığı protokola əsasən cərimələyib.

Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xəzər Rayon Məhkəməsinin qərarından şirkət şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Şirkətin fəaliyyət istiqaməti ilə bağlı hər hansı məlumat yoxdur.


Daha çox xəbər

Şərh yaz