Axtarış...

Ağdamda Bəy evini belə sökdülər - FOTO

Ağdamda Bəy evini belə sökdülər - FOTO

Ağdam rayonunun inzibati mərkəzi olan Quzanlı qəsəbəsində XIX əsrə aid tarixi bina sökülüb.

Cebhe.info nun verdiyi məlumata görə, binanı 19-cu əsrdə mülkədar Firudin bəy Aslanbəyov tikdirib.

Qırmızı kərpicdən tikilmiş iki mərtəbəli bu bina Sovet dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. 1930-cu ildən 1961-ci ilə kimi binada “26 Bakı komissraı” adına kolxozun idarəsi yerləşib. 1961-1986-ci illərə kimi bina Quzanlı kənd xəstəxanası kimi fəaliyyət göstərib. Yerli sakinlərin dediyinə görə, binanın heç bir yerində çat yox idi. Dəfələrlə qəsəbədə yeraltı təkanlar olsa bina zərər çəkməmişdi.

Qeyd edək ki, Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Ağdam rayonu İcra Hakimiyyətinin Baş məsləhətçisi Orxan Ələsgərov binanın tamamilə istifadəyə yararsız vəziyyətdə olduğunu və sakinlər üçün təhlükə törətdiyini bildirib:

"Bina tam yararsız vəziyyətdədir. Onun yanında bulaq var, demək olar ki, bütün Quzanlı qəsəbəsinin sakinləri oradan su götürür. Bina isə qəzalı vəziyyətdədir, bulağa su götürməyə gedən insanlar üçün təhlükə yaradır. Təmir isə mümkünsüzdür. Binanın 200 yaşı var və arxa tərəfi tamamilə sökülüb. Kiminsə həyatını riskə ata bilmərik. Rayonda yaşayan insanlardan kiminsə övladına zərər gəlsə, vaxtında tədbir görülmədiyi üçün bizdən şikayətçi olacaqlar. Ona görə də təhlükəsizliyi təmin etmək üçün sökülməlidir".

Ancaq mütəxəssilər bildirir ki, binanı restavrasiya etmək mümkün imiş.

Cebhe.info




Şərh yaz