Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı

Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı

5 milyon dollar dələduzluqda ittiham olunan şəxslər məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Faiq Məmmədov və 1984-cü il təvəllüdlü Fuad Bayramovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 27-nə təyin edilib.

İttihama görə, hər iki şəxs "MƏK-AN" MTK-nın rəhbər şəxsləri olub.

Belə ki, Fuad Bayramov "MƏK-AN" MTK-nın təsisçisi, Faiq Məmmədov isə şirkətin vəzifəli şəxsi olan zaman bina tikintisi və təchizat işləri ilə məşğul olan zaman ümumilikdə 44 vətəndaşa qarşı 5 milyon dolları dələduzluq edib.

Daha əvvəl Faiq Məmmədov mətbuatda açıqlamasında bildirib ki, Fuad Bayramovun maliyyə fırıldağının qurbanı olub.

Qeyd edək ki, adı çəkilən şirkətin rəhbər şəxsləri olan Məmmədov və Bayramov eyni mənzili bir neçə nəfərə satmaqda ittiham edilirlər.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Faiq Məmmədov və Fuad Bayramovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, Fuad Bayramov "MƏK-AN" MTK-nın təsisçisi, Faiq Məmmədov isə şirkətin vəzifəli şəxsi olub.

İttihama görə, bina tikintisi və təchizat işləri ilə məşğul olan şirkətin vəzifəli şəxsləri ümumilikdə 44 vətəndaşa qarşı milyonlarla ABŞ dolları dələduzluq edib.

Daha əvvəl Faiq Məmmədov mətbuatda açıqlamasında bildirib ki, Fuad Bayramovun maliyyə fırıldağının qurbanı olub.

Əmək fəaliyyəti dövründə Azərbaycan Mərkəzi Bankında, Azərbaycan İpoteka Fondunda, Dünya Bankının layihəsində, dövlət və özəl şirkətlərdə çalışdığını qeyd edən Faiq Məmmədov söyləyib ki, ümumi tanışlar vasitəsilə ilə 2016-cı ildə tanış olduğu və özünü sahibkar kimi təqdim edən Fuad Bayramov bizneslə məşğul olduğunu bildirərək, onu həmin biznesə investisiya qoymağa dəvət edib.

F.Məmmədovun sözlərinə görə, 2018-ci il fevral ayının ortalarında ödəmə vaxtı çatdıqda Fuad Bayramov əvvəlcə pulun "MƏK-AN" MTK-da qalması bəhanəsi ilə ödənişi ləngidib.

Daha sonra isə ümumilikdə 5 327 229 ABŞ dolları maya məbləğində pulu ödəyə bilməyəcəyini deyib. Zərərçəmişlərin Daxili İşlər Nazirliyinə şikayəti əsasında Fuad Bayramov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.4 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Daha sonra Fuad Bayramovla birgə Faiq Məmmədova da ittiham elan olunub.
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət