Arvadını qətlə yetirən ər ələ keçdi

Arvadını qətlə yetirən ər ələ keçdiİmişlidə arvadını qətlə yetirən ər saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarıxanlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Aslanov Şəhriyar Şəmsi oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı - 1996-cı il təvəllüdlü Misirli Səkinə Natiq qızını bıçaqla qətlə yetirilib. Ş.Aslanov polis tərəfindən saxlanılıb.

S.Misirlininin meyiti müayinə olunmaq üçün İmişli rayon Məhhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinə yerləşdirlib.

Qətlin təfərrüatları araşdırılır.

Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

***

16:49

İmişlidə ər arvadını bıçaqla qətlə yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarıxanlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Misirli Səkinə Natiq qızı əri tərəfindən bıçaqla qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət