Butulka qapağını sinəsi ilə açdı, minlərlə baxış sayı topladı - Video



İngilis aktyor Ceyson Stethemin trendə çevrilən butulka qapağı açmaq hərəkəti (“Bottle Cap Challenge”) rusiyalı aktrisa Yana Koşkinanın da diqqətini çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, sözügedən trendə özünəməxsus şəkildə qoşulub. Y. Koşkina butulka qapağını ayağı ilə yox, sinəsi ilə açıb. Onun sözügedən videosu 300 minə yaxın baxış sayı toplayıb.

“Bu da mənim Ceyson Stethema cavabım!”, - aktrisa İnstaqram hesabında yazıb.

Y. Koşkina estafeti Rusiya yığmasının xokkeyçisi Kiril Kaprizova ötürüb.

Qeyd edək ki, Azərbaycanda bu trendə “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev qoşulmuşdu.

Oxşar xəbərlər
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət