Axtarış...

Bakı Nəqliyyat Agentliyi işıqforlarla bağlı sürücülərə xəbərdarlıq edib



Elektrik enerjisi təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla ilə Əhməd Rəcəbli küçələri, Ə.Rəcəbli küçəsi ilə F.Xoyski küçəsi, F.Xoyski küçəsinin isə A.Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.



Şərh yaz