Gürcüstanda azərbaycanlı icra başçısı səlahiyyətlərinin icrasına başlayıb - YENİLƏNİB

Gürcüstanda azərbaycanlı icra başçısı səlahiyyətlərinin icrasına başlayıb - YENİLƏNİB

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun yeni seçilmiş icra başçısı Zaur Darğallı vəzifəsinin icrasına başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili iyunun 10-da Marneuli rayon bələdiyyəsində Z.Darğallı və digər rəhbər şəxslərlə görüş keçirib.

Qubernator Marneuli rayonunun yeni başçısına fəaliyyətində uğurlar arzu edib.

Toplantıda Z.Darğallı Marneulidə görüləcək işlərlə bağlı fəaliyyət planı barədə məlumat verib.

*** 09:47

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun yeni seçilmiş icra başçısı Zaur Darğallı bu gündən vəzifə səlahiyyətlərinin icrasına başlayır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, rayon rəhbəri Marneuli rayon bələdiyyəsinin kollektivinə təqdim olunacaq.

Xatırladaq ki, Marneulidə icra başçısı vəzifəsinə seçkilər mayın 19-da keçirilib. Z.Darğallı 78,6% səs toplayaraq seçkilərdə qələbə qazanıb.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət