Axtarış...

Azərbaycan sahibkarları Birinci Xəzər İqtisadi Forumunda iştiraka dəvət edilirlər

Azərbaycan sahibkarları Birinci Xəzər İqtisadi Forumunda iştiraka dəvət edilirlər

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” milli turizim zonasında Birinci Xəzər İqtisadi Forumu keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları forumda iştiraka dəvət olunurlar.

Forumda Xəzəryanı dövlətlər arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf məsələləri, o cümlədən sənaye, energetika, kənd təsərrüfatı, ticarət, turizm sahələrində investisiya cəlbediciliyi, iqtisadi və digər sahələrdə iri layihələrin yaradılması və sair məsələlər müzakirə ediləcək.

Tədbir çərçivəsində Xəzər innovasiya texnologiyaları sərgisi də təşkil olunacaq.


Daha çox xəbər

Şərh yaz