Axtarış...

Qrizmann "Barselona"da nə qədər qazanacaq?

Qrizmann "Barselona"da nə qədər qazanacaq?

Mövsümün sonunda "Barselona"ya keçəcəyi gözlənilən Antuan Qrizmannın yeni komandasında qazanacağı məbləğ açıqlanıb.

Qol.az-ın "L`Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi fransalı hücumçuya illik 17 milyon avro ödəməyə hazırdır. Onların 28 yaşlı futbolçu üçün "Atletiko"ya isə 120 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, 2014-cü ildən "Atletiko"da çıxış edən Qrizmann mövsümün sonunda Madrid klubundan ayrılacağını açıqlayıb.



Şərh yaz