Toğrul Əsgərov güləşə qayıtdı

Toğrul Əsgərov güləşə qayıtdı
Olimpiya çempionumuz Toğrul Əsgərov müəyyən aradan sonra sərbəst güləş karyerasını bərpa edib.
Millitv.az xəbər verir ki, o, bunu oxu.az-a açıqlamasında özü təsdiqləyib.
"Artıq şəxsi problemlərim geridə qaldı. Komandaya qoşulmuşam. Özümü 73 kq çəki dərəcəsində sınamağı düşünürəm. Ola bilsin ki, gələn ay Minskdəki Avropa Oyunlarında qayıdışım rəsmiləşsin. Amma bu, dəqiq deyil. Sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcəyəm. İndi bütün diqqətimi güləşə və Olimpiya çempionu olmağa yönəltmişəm".
O, oktaqonda paylaşdığı şəkillərə də aydınlıq gətirib:
"MMA ilə peşəkar şəkildə məşğul olmaq fikrim yox idi. Sadəcə olaraq, güləşdən aralı qaldığım müddətdə yaxın dostların idman zalında məşq edirdim".
Oxşar xəbərlər
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət