Bu ay Pankration, Qrapplinq və MMA (Mixed Martial Arts - qarışıq döyüş sənəti) üzrə Azərbaycan Çempionatı baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, yarış dekabrın 8-i və 9-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq. Final görüşü isə 9 dekabr tarixində, saat 17:00-da reallaşacaq.
Bu məqamda bildirək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Xatırladaq ki, Federasiyasının rəhbəri Azad Əsgərov, 1-ci vitse- prezidenti Tural Mirzəyevdir