Deputat: Məktəblilərə enerji içkilərinin satışı qadağan edilsin

Deputat: Məktəblilərə enerji içkilərinin satışı qadağan edilsin
Millət vəkili Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satışının qadağan edilməsi təklifi ilə çıxış edib.

Oxu.Az-ın məlumatına görə, millət vəkili bildirib ki, valideynlər uşaqlarının enerji içkilərindən istifadə etməmələrinə nəzarət etməyin çox çətin olduğunu deyirlər, çünki məktəblərin əksəriyyətinin çox yaxınlığında bu içkilərin sərbəst satışı həyata keçirilir, buna görə də enerji içkilərinin 18 yaşına çatmamış uşaqlara satışı tam qadağan edilməlidir.

Millət vəkili qeyd edib ki, enerji içkiləri uşaqların sağlamlığına ciddi zərər vurur, asılılıq yaradır.

Enerji içkilərinin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun uşaqlarda bu içkilərə aludəçiliyin artmasına səbəblərdən biri olduğunu deyən millət vəkili enerji içkilərinin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasının və bu qadağanı pozan şəxslərin ciddi cəzalandırılması mexanizmlərinin qanunvericilikdə öz əksinin tapmasının vacibliyini qeyd edib.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət