Niyazinin mənzil-muzeyində yubiley tədbiri keçiriləcək

Niyazinin mənzil-muzeyində yubiley tədbiri keçiriləcək

Martın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil - muzeyində bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun 70 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Bu barədə AZƏRTAC-a Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov məlumat verib. Bildirib ki, tədbir çərçivəsində bəstəkarın həyat və yaradıcılığına nəzər salınacaq, pedaqoji fəaliyyətindən danışılacaq.

Tədbir çərçivəsində konsert proqramının təqdim olunması da nəzərdə tutulur.
Oxşar xəbərlər
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət