Axtarış...

PSJ yeni sponsorluq müqaviləsindən ildə 60 milyon avro qazanacaq

PSJ yeni sponsorluq müqaviləsindən ildə 60 milyon avro qazanacaq

Fransanın "Paris Sen-Jermen" futbol klubu "Accor Live Limitless" otellər şirkəti ilə yeni sponsorluq müqaviləsi imzalayıb.

Millitv.Az AZƏRTAC-a istinadən bildirir ki, müqaviləyə əsasən şirkət hər il Paris təmsilçisinə 60 milyon avro ödəyəcək. Klubun futbolçuları üzərində "ALL" yazılan loqonun olduğu forma ilə meydana çıxacaqlar.

Qeyd edək ki, Paris klubunun cari mövsümdəki sponsoru Birləşmiş Ərəb Əmirliklərinin "Fly Emirates" hava yolları şirkətidir.



Şərh yaz