Məşhur xəstəxanaya ittihamlar - 2500 manatlıq əməliyyatı 15 minə edirlər?

Məşhur xəstəxanaya ittihamlar - 2500 manatlıq əməliyyatı 15 minə edirlər?

Bakıda böyük xəstəxana şəbəkələrindən biri olan “Baku Medical Plaza”ya qarşı ağır ittihamlar səsləndirilib.

Oxu.Az xəbər verir ki, xəstəxananın yataq xəstəsi olan Ağcabədi rayonu, Şənlik kənd sakini, 15 yaşlı Məmmədova Sevda Niyazi qızının yaxınlarını aldatdığı iddia olunur.

Pasiyentin ailə üzvləri saytımıza açıqlamasında deyib ki, xəstəxana əməliyyat üçün əvvəl 4000 manat pul istəsə də, əməliyyat günü bu rəqəmi iki dəfə artırıb.

Belə ki, S.Məmmədova bir müddət Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə gedib. Lakin müalicənin effektiv olmayacağı bildirilib və ona əməliyyat göstərişi verilib. Xəstə yaxınları “Baku Medical Plaza”ya üz tutub.

“Həkim Vüsal Mahmudov bizi qəbul etdi. Uşağa baxandan sonra dedi ki, qızın yeriməsi üçün ayaq vətərləri cərrahi yolla uzadılmalıdır. Əməliyyat üçün yekun xərc olaraq 4000 manat dedilər. 2500 manatımız var idi. Həkimlə danışdıq ki, əvvəlcə ayaqlarını əməliyyat edin, sonra pul olanda qollarını da əməliyyat etdirərik.

Razılaşdıq. Fevrala kimi uzatdılar. Fevral ayına təyin edilən gündə “Baku Medical Plaza”ya getdik. Bizə dedilər ki, əməliyyatı türk həkim edəcək. Qiyməti isə 2000-4000 yox, 15 min manatdır, sizə endirimlə 12 min manata edərik”.

Türkiyəli həkim isə əvvəlki həkimin qoyduğu diaqnozun səhv olduğunu bildirib. O, problemin vətərlərdə olmadığını, uşağın sümüklərində deformasiya getdiyini qeyd edib.

“Bir neçə ay bizi gözlətdilər, sonra əməliyyatdan imtina etdilər”, - deyə qızın ailə üzvləri qeyd edib.

“Baku Medical Plaza”nın məsələdə adı hallanan həkim, cərrah, ortoped-travmatoloqu Vüsal Mahmudovla əlaqə saxladıq. Həkim Oxu.Az-a açıqlamasında haqqında səsləndirilən ittihamları inkar edib:

“Həmin xəstə dekabr ayında bizə müraciət edib. 15 yaşlı qız beyin iflici xəstəsidir. Uzun illərdir, yataq rejimindədir. Biz əməliyyat lazım olduğunu dedik. Amma bildirdik ki, iki cür problem ola bilər. Yumşaq toxumalarla bağlı problem olsa, əməliyyatın qiyməti 4000 manat, sümük deformasiyaları olsa, qiymət 15000 manat olacaq. Buna isə yalnız bu gün rentgen nəticələrinə baxdıqdan sonra qərar vermişik.

Bədənin bütün sümükləri deformasiyaya uğrayıb. Özlərinə də dedik ki, 7-8 saat davam edəcək əməliyyatın içərisində 12 prosedur həyata keçiriləcək. Dedilər, imkanları yoxdur. Biz də 15 min manatlıq əməliyyatı maksimum 10 min manata edə biləcəyimizi dedik. Özəl müəssisədir, bundan artıq endirim edə bilmərik. Pasiyentin yaxınları bizə dedilər ki, imkanları yoxdur, pulu toplaya bilsələr, gələcəklər”.

Oxşar xəbərlər
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət