Axtarış...

Azərbaycanda eyni gündə intihar edən ər-arvadla bağlı YENİ FAKTLAR: Qohumu danışdı

Azərbaycanda eyni gündə intihar edən ər-arvadla bağlı YENİ FAKTLAR: Qohumu danışdı

Xəbər verdiyimiz kimi, Hacıqabulda ər və arvad eyni gündə intihar edib.

Millitv.az ölkə.az-a istinadən xəbər verir ki, özünü asan Sahib Rəsulovun əmisi hadisə barədəsində danışıb.

"Biz yas mərasimində idik. Burada heyvan otaran uşaq gəlib dedi ki, belə bir hadisə baş verib. Gəlib gördük ki, bağda heyva ağacından kimsə özünü asıb. Yaxınlaşanda onun olduğunu gördük. Mərhumu Şirvana apardıq. Elə birini rayona çatdırmışdıq ki, yoldaşının da özünü evlərində asdığı xəbəri gəldi. Onların ayrılması isə düzgün xəbər deyil",- Rəsulov Maləddin bildirib.

Qeyd edək ki, 15 ildir birlikdə olmalarına baxmayaraq cütlük övlad sahibi ola bilməyib.




Şərh yaz