Lütfi Zadənin anadan olmasından 98 il ötür

Lütfi Zadənin anadan olmasından 98 il ötür

Lütfi Zadənin anadan olmasından 98 il ötür.

Millitv.az report-a istinadən xəbər verir ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. O, 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr və doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib. L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Lütfi Zadə 2017-ci il sentyabrın 6-da vəfat edib. Onun cənazəsi Amerikadan Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.
Oxşar xəbərlər
«    Февраль 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728 
Mədəniyyət