Lukaşenko Paşinyandan dəvət gözləyir

Lukaşenko Paşinyandan dəvət gözləyir
Belarus prezidenti Aleksandr Lukaşenko İrəvana səfər edərək aralarındakı mövcud gərginliyin azaldılması və jurnalistlərin suallarını cavablandırmaq üçün Ermənistanın baş naziri Nikol Paşinyandan dəvət gözləyir.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri, milyonçu Qaqik Çarukyan bu gün jurnalistlərə açıqlamasında deyib. “Ermənistanla münasibətlərində daha dəqiq olması və Azərbaycana silah satmaması barədə Lukaşenkoya müraciət etmisinizmi?” sualını cavablandıran Çarukyan bildirib:

“Lukaşenko olduqca dəqiq insandır. Mən ona dedim, siz də onun (bizə) münasibətini və hörmətini siz görürsünüz. O, bizim baş nazirdən onun özü ilə və sizlərlə (jurnalistlərlə) görüşüb narahatlıq doğuran istənilən sualı cavablandırmaq üçün dəvət gözləyir. Hökumət aparatından dəqiqləşdirin görün ki, dəvət göndərilib, ya yox” - Çarukyan vurğulayıb.

Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyan hələ 2018-ci ilin dekabrın əvvəlindən bəyan edib ki, Lukaşenko İrəvana səfəri üçün Paşinyandan dəvət gözləyir. Son aylar iki ölkə lideri arasında münasibətlər KTMT baş katibi postuna namizəd problemi üzündən kəskin şəkildə gərginləşib. Lukaşenko Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunaraq vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən İrəvana geri çağırılan Yuri Xaçaturovun yerinə Belarus nümayəndəsinin təyin ediləcəyini və bunun Ermənistandan başqa KTMT-nin bütün digər üzvlərilə razılaşdırıldığını desə də, İrəvan həmin məlumatları təkzib edib.

Paşinyan həmçinin, Lukaşenkonun KTMT-nin qapalı iclaslarında müzakirə olunan məsələləri, xüsusən də baş katib postu ətrafında üzv dövlətlər arasındakı danışıqları rəsmi Bakı ilə müzakirə etməsinə, həmçinin, Minskin Azərbaycana yeni partiya silah satışına qəzəblənmişdi.
Oxşar xəbərlər
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət