Axtarış...

BDU-da maraqlı təyinat: - Bulvar İdarəsinin rəis müavini...

BDU-da maraqlı təyinat: - Bulvar İdarəsinin rəis müavini...

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.

Millitv.az Strateq.az-a istinadən xəbər verir ki, universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib.

Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.

N.Məcidov xəbəri təsdiqləyib: “Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.



Şərh yaz