Axtarış...

Putin DÜNYANI HƏDƏLƏDİ

Putin DÜNYANI HƏDƏLƏDİ

2019-cu ildə Rusiya Silahlı qüvvələrin əsas vəzifəsi "nüvə triadası"nın (qitələrarası ballistik raket, strateji bombardmançı təyyarələr və atom sualtı qayıqları –red.) döyüş potensialının möhkəmləndirilməsidir.

Publika.az xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

Prezidentin sözlərinə görə, raket əleyhinə müdafiə sistemlərinin öhdəsindən gələn daha sürətli və müasir silahlara keçmək lazımdır. "Qlobal prioritetin saxlanılmasında "nüvə triadası"nın rolu gözəçarpacaq dərəcədə möhkəmlənib. Silahlanmada müasir silahların payı 82 faiz təşkil edir", - Putin bildirib. O qeyd edib ki, "Avanqard" raket kompleksinin seriya istehsalının başlanması, "Sarmat" yeni qitələrarası ballistik raketinin müvəffəqiyyətli sınaqları, "Xəncər" hipersonik kompleksinin təcrübə-döyüş növbəsinin icrası, həmçinin "Peresvet" döyüş lazer komplekslərinin praktiki tətbiqindən söhbət gedir. Dövlət başçısının sözlərinə görə, ən yeni silahlar güc balansını möhkəmləndirəcək və dünyada sabitliyin qurulmasına kömək edəcək. "Ümid edirəm ki, bizim yeni sistemlərimiz militarist və təcavüzkar ritorikaya öyrəşənləri fikirləşməyə məcbur edəcək", - Putin vurğulayıb. Prezident qeyd edib ki, yeni Rusiya silahlarının dünyada analoqları yoxdur.



Şərh yaz