Bakıda itkin düşmüş 20 yaşlı qız tapıldı - Rəfiqəsigildə imiş... - YENİLƏNİB

Bakıda itkin düşmüş 20 yaşlı qız tapıldı - Rəfiqəsigildə imiş... - YENİLƏNİB

17:36

Bakıda itkin düşən 20 yaşlı qız tapılıb.

Millitv.Az xəbər verir ki, bu barədə Trend-ə itkin düşmüş qız Müjgan Məmmədovanın anası A.Rüstəmova bildirib.

O bildirib ki, qızı M.Məmmədova rəfiqəsigildə olub, lakin bu barədə evə məlumat verməyib. Hadisə ilə bağlı polisə məlumat veriləndən sonra, qızı tapılıb.

----------

15:11

Bakıda 20 yaşlı qız itkin düşüb.

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 8Ş, mənzil 296-da yaşayan Rüstəmova Aynur Nurəddin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 30-da səhər saatlarında idman zalında qeydiyyat şöbəsində işləyən qızı, 1998-ci il təvəllüdlü Məmmədova Müjgan Eldar qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət